Hürriyyəti-nisvançılara protesto
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.
Qafqaz alimləri on beş gün ediblər şura,Çox götür-qoy eləyib söhbət edəndən sonra,Ufa alimlərini kafir ediblər zora.Barəkallah belə bir xeyir işə ura, ura!...Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığışıb boykot edirlər Ufa alimlərini.
Buna kim yol verəcəkdir ki, qız olsun muxtar,Kişilər eyləsin insan kimi qızla rəftar?Sonra on yaşlı qızı altmışillik kaftarAla bilməz, a canım, boşdu bütün bu koftar.Budu vadar eləyibdir Quba alimlərini,Yığışıb boykot edirlər Ufa alimlərini.
Qıza layiq deyil aləmdə hüququn alsın,Qız gərək güşeyi-zillətdə müdamən qalsın.Gündə on dəfə onu ər ağac altda salsın,Şərimiz böylədi, lazımdı bu cür də qalsın.Budu vadar eləyibdir Quba alimlərini,Yığışıb baykot edirlər Ufa alimlərini.
Qızlar aldı bu hüququ belə bir fərz edərik,Qeyzə gəldikdə ev içrə kimi sonra deyərik?Döyərik, öldürərik, zülm edərik, incidərik?!Biz qələt eyləyərik böylə işə hə deyərik!Biz də təhsil edirik bu Quba alimlərini,Çox gözəl boykot edirlər Ufa alimlərini.
Qıza lazımdır otursun ev içində keşiyə,Bu nədir, qız oxusun, sonra da çıxsın eşiyə.Qız gərək bozbaşa baxsın, ətə baxsın, pişiyə;Ərini görcəyin atsın özünü bir deşiyə.Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığışıb boykot edirlər Ufa alimlərini.
Bu zərərdir hələ lap mollaların özlərinə,Hürr qızlar, oxumuşlar baxamaz üzlərinə,Sahib olmazlar dəxi xalqın uşaq qızlarına.Öz əlilə kim vurar baltanı öz dizlərinə?Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığışıb boykot edirlər Ufa alimlərini.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-hurriyyeti-nisvancilara-protesto
Use ← → keys to move, R for a random poem
More by this author
Bir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Mənim TanrımMən bir zaman öz-özümdən uzaxdım,Dün bir işıq buldum, ruhuma taxdım.
Məhkum ŞərqəEy Şərq, sənin üstündə cahan çarpışıyorkən,Aləm səni bölməklə səadət bölüşüyorkən,
Müznib əfəndiTəng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Poems by other poets · Wisdom and advice
Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Yaxşı satMərd igidi üç şey çəkər qabağa,Yaxşı yoldaş, yaxşı sirdaş, yaxşı ad.
Analar ağlamasınTəkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.
Ağlağan uşaqEy balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?