Zamanıdı
Ay ağalar, gəlin sizə söyləyimVəfasız ömrümün kor zamanıdı.Bu fani dünyada kama yetmədim,Dostunan düşməni seç zamanıdı.
Arif odu, dediyimi tez qana,Hər sözü izliyə keçib gün sanaÖmrüm azalıbdı, çatıbdı sona,Ağlayın üstümdə köç zamanıdı.
Alıyam, baxtımnan çox intizaram,Başım çalxalıdı çox intizaram.Gəzdiyim yerlərdən çox intizaram,Fələk kəməndindən düş zamanıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-zamanidi
Use ← → keys to move, R for a random poem