Yetmədim
Nahaq yerə qəhrə düşdüm dünyada,Bağ becərdim, payız bara yetmədim.Pusqu qurdum, kəmənd atdım, qovladım,Gecə-gündüz bir şikara yetmədim.
Anlamıram, nə gərdişdi, nə işdi,Müxənnətlər hər kamına yetişdi.Ömrüm-günüm həsrət ilə ötüşdü,Cəfa çəkdim, heyif, yara yetmədim.
Mən biçarə, sən Alosman maralı,Alışaram, gəzmə məndən aralı.Görən gündən müştağında bu Alı,Qoynundakı bir cüt nara yetmədim.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-yetmedim
Use ← → keys to move, R for a random poem