Min cövrü-cəfayla yarıma çatdım,Ömrümə nəqş olan sana yetişdim.İqbalımı xab evindən oyatdım,Vəsli-yarla bir zamana yetişdim.

İlqarına sadiq yarıma əhsən,Yaraşır şəninə yüz dastan desən.Hicran anlarıydı ömürdən kəsən,Vəsli-yarla mən amana yetişdim.

Sərvi qəddi, gül camalı tamaşa,Şəhla göz yaraşır o hilal qaşa.Təkrarsız xəlq olub ayaqdan başa,Kamallı kamilə cana yetişdim.

Bəstidi Alının həyat növrağı,Bəyaz sinəsidi cənnətin bağı,Açıldı üzümə vüsal otağı,Sanki taxtı-Süleymana yetişdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation