İbtida əlifdən dərsim almışam,Oxudum dərsimi əzbər-əzbəri.Sən yetiş dadıma, ya sirri-xuda,Sənsən ərşin-kürsün əzbər-əzbəri.

Yaratdı dünyanı külli-kainat,Darda qalanlara o verir nicat.Xişminən xeybəri eylədi bərbad,Çağırram dilimdə əzbər-əzbəri.

Mehdiyi-peyğəmbər, sahibi-zaman,Sən yetiş dadıma on iki imam.Aşıq Alı deyər: ya şahi-Mərdan,Oxudum dərsimi əzbər-əzbəri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love