Ağ Aşıq Allahverdinin Keşişoğlu ilə deyişməsi
AĞ AŞIQ ALLAHVERDİ:Əlbət şəyird olan baxar fərmana,İndi alımını al, Keşişoğlu.Tutar qulağından qoşar xırmana,Sənsən ağzıbağlı mal, Keşişoğlu.
KEŞİŞOĞLU:Qulluq et ustaya, olmaynan naşı,Tökərəm gözündən al-qanlı yaşı,Hər uşaq bu sözdən çıxarmaz başı,Kirimiş yerində qal, Allahverdi.
AĞ AŞIQ ALLAHVERDİ:Bir qulaq as sən də bu tək səbirə,Sən tək tülkü neylər mən tək bəbirə,Tutar cənazəndən qoyaram qəbrə,Döşərəm üstündən sal, Keşişoğlu.
KEŞİŞOĞLU:Keşişoğlu içib kövsərdən bir cam,Təcnisi, təxmisi söyləyir tamam.Yetişsin dadıma Sahib-əz-zaman,Ol mənim yanımda lal, Allahverdi.
AĞ AŞIQ ALLAHVERDİ:Ağ Aşıq qorxmazdı pələngdən, şirdən,Almışam dərsimi ustadı-pirdən.Xaliq Allah salmaz məni nəzrdən,Otur, sən yerində qal, Keşişoğlu.
Kitabxana.az · https://kitabxana.az/en/works/ag-asiq-allahverdi-ag-asiq-allahverdinin-kesisoglu-ile-deyismesi
Use ← → keys to move, R for a random poem
More by this author
Ağ Aşığam xətim-kəlamdır bu gün,Cənnətül mərvaya götürün məni.
Baba yurdBu da bir cür yazı idi, yazdılar,Hər kəlməni tərs uvanda yozdular.
BaxtımÇevirib yönümü haqq dərgahına,Çağırıram bəlkə, gələydi baxdım.
Biçdim əvəzində dəvə qanqalıLeyli-nahar yeddi ağac getdim yol,Xırman boyda yer şumladım, qırdım qol.
Poems by other poets · Divine love
مشهور به حسن در خراسان و عراق
Atashkadeh, chapter 3چون سحرگه چهره صبح سفیدشد ز پشت خیمۀ نیلی پدید
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Dərviş və zərifBir zərif bir dərvişin evinə qonaq gəldi. O dərviş damının üstünəçox nazik ağaclar döşəmişdi. Hər saatda ağaclar üstə olan torpağın