Səni mən ağ bilirdim, demə məndən də qərasanmış,Qaralıq səndə ondandır ki, neftə mübtəlasanmış.

Sənə ümmid elirkən, cümlə qaçqınlar, didərginlər,Demə humanitar yardım yeyən bir ayparəsənmiş,

Sən ey turkes hayesdən hasil olmuş qorxulu məxluq,Ürəklər içrə xof salmış, qübar yox qumbarasənmış.

Qarışmışlar qarışmışdır qarışqa tək bu şəhrimdə,Qatarda bomba partlatmış gədə oğlu gədasənmiş.

Səni əsgər gedəndə ey oğul, saldım yola sağlam,Demə indi acından, mədədən atır yarasənmiş.

Səni xəlq etdi Pünhan, haqq-təalə haqqı yazmaqçün,Yoxun haqqında hey yazsan, çətin ki, qurtarasənmiş.

2 dekağbr 1997, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love