Hörümçək tor bağladı
Tariximiz danıldı,Uydurma tarix ilə kimliyimiz anıldı -Öz kökünü bilməyən gözü küllü bu millətZamanın yollarında hər addımda yanıldı.Uydurma tarix bizi anamızdan ayırıbYad anadan alınmış bələkdə qundaqladı,Təməlimiz laxladı.Bu xalqın tarixini düz bildirən, düz yazanTarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?Vəzifəyə sümsünənVəzifə kürsüsününBirinci pilləsində mərkəzdən noxtalandı.Kişiliyi vardısa, bu anda axtalandı...Ürəkdəki cəsarət,mərdanəlik,dəyanəttalandı,tapdalandı.Məğrur keçmişimizdən üzüldü əllərimizŞərəf bildik özgəyə qul olmağı, yoxsa, biz?Hər cürə zülmü udduq.Köləliyi qazanıb, ağalığı unutduq.Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən.Yaltaqlıq və xəyanət silahını yağladı.Cəsarət qılıncının ağzı düşdü kəsərdən,Qəbzəsində, qınında hörümçək tor bağladı.
Dilimiz yasaq oldu.Ruhumuz qəlbimizdə əbədi dustaq oldu.Ruhsuz yaşadıqca bizVicdanımız, eşqimizÜzümüzə ağ oldu.Biz beləcə yaşadıq, yaşamadıq, süründük,Əməlimizdə deyil, sözümüzdə göründük.Ruhumuz qan ağladı,Məscid qapılarında hörümçək tor bağladı.
Həqiqət dilə gəldi.Dildə ilişdi, qaldı.Həqiqətin üstünə yalanlar kölgə saldı.Vuruşmadıq, barışdıqBiz "azadlıq" adlanan bir uydurma nağılla.Ölən düşüncələrə qəlbimiz yas saxladı.Həqiqəti deməkdən elə qorxduq...AğıllaHəqiqət arasında hörümçək tor bağladı.
Oktyabr, 1968
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-horumcek-tor-bagladi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Familyan Vəzirov vilayət xanı,Şərəfi Hatəmsən səxavət kanı,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
EləTut orucu, qıl namazı,Allahına xidmət elə.