Mən qorxuram, sən qorxursan,O da qorxur, bu da qorxur,Biz qorxuruq.Təzə fikir beynimizə gələn kimitez qorxuruq.Başqasından qorxduğumuz bəs deyilmişÖzümüzdən biz qorxuruq!Qorxu, qorxu!Bir qurd olub yeyir bizi içimizdən,Nə gözləyir Vətən bizdən?İradə yox,kişilik yox.Biz qorxuruq,biz susuruq.Fikir ölür,can sustalır,ürək donub,ruh boğulur.Qorxu bizim dilimizdə kilid olur,Beynimizdə qıfıl olur.Dərd budur ki, bu dərdi də,Biz qanırıq, biz bilirik.Qorxa-qorxaÖzümüz də özümüzçünBiz qorxuya çevrilirik.

İyul, 1972

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets