Sabir demiş, "Biz ərlərik",İş yerinə"Özgəsinin sözləriniəzbərlərik".Toz-torpağı yel sovurar,Dənəsi də yelə qalmaz...Vallah, billah, belə qalmaz,belə qalmaz!Bu inamla yaşamışam,Bizim kimi zəvzəklərinİgidliyi dözüm olsun,"Heyvərəlik, boşboğazlıq"bizim olsun.Gələcəyin övladları iş görəcək.Hamı dua əvəzinə "lənət" deyib,Qəbrimizə tüpürəcək.Deyəcəklər, ey babalar,Yaş yetirib kal oldunuz,Görə-görə kor oldunuz,Dinə-dinə lal oldunuz.Səbrinizə heyrətdəyik,Siz dözümdə fil oldunuz.Ey nəvələr, nəticələr,Biz heç nəyik, biz heç nəyik...Gecə-gündüz babamızınəməlinə heyrətdəyik.Heyrət edin sizsə bizimsəbrimizə..."Lənət" deyib, siz tüpürün qəbrimizə...

Haqqımızı biz qanmadıq.Biz bu günü yola veribGələcəyə inanmadıq!Keçirdik öz əlimizləBoynumuzu biz xaltaya,Sap olmadıq bir baltaya.Ac olsaq da, "toxuq" - dedik.Biz ucadan "bəli" deyə çox bağırdıq,Qəlbimizdə "yox-yox!" - dedik.Toz-torpağı yel sovurar,Dənəsi də yelə qalmaz.Vallah, billah, belə qalmaz,Belə qalmaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets