İyirmi beş il
Ömür yoldaşıma
Elə bil dünəndir Sabir bağındaÇıxdın qabağıma ağ çiçək kimi.Elə bil dünəndir, ağ paltarındaQondun evimizə kəpənək kimi.
Nə tez başa gəldi iyirmi beş il?Balalar yetişir, qocalırıq biz.Nələri itirdik - qayıdan deyil,Görəsən, nə imiş bəs qazancımız?
Sönməmiş könlümün odu, həvəsi,Balalar səslənir: "Bəsindir dayan!"Oğlumuz toy umur, bizim toy səsiHələ getməmişkən qulağımızdan.
Bu necə dünyadır? Yolu bir qarış,Ayıra bilmirsən çoxunu azdan...Həzzindən, zövqündən hələ doymamışÇəkirlər süfrəni qabağımızdan.
Bu necə dünyadır anlamıram mən,Nə gəliş bəllidir, nə gediş bizə.Xəbərimiz olmur gəlişimizdən,İnana bilmirik getməyimizə.
Vurduq bir zindana iyirmi beş il,Ötdü günlərimiz ağlı-qaralı.Sənin duyğuların - bir nəğməli göl,Mənim duyğularım min macəralı...
Sən nə dalğalandın, nə çalxalandın,Haldan-hala düşdüm mən hər dəm, gülüm,Sən məni bir dəfə sevib dayandın,Mən səni hər rəngdə sevirəm, gülüm.
Daş atdım,Əlimdən çıxdı bir xata.Bulana-bulana yenə duruldun.Könlümdən keçəni duymadınsa da,Ömrümə, günümə havadar oldun.
Düşdü yuvamıza, düşdü qan-qada,Başımız üstündə ildırım çaxdı.Səsimiz, nəğməmiz bir olmasa da,Suyumuz, selimiz bir arxdan axdı.Ata ocağının qələmdən çıxanÇörəyi mənəmsə, ürəyi sənsən.Başında çal-çarpaz ildırım çaxanİsti yuvamızın dirəyi sənsən.
Mənim xəyallarım uçdu havadaSən məni göylərdən endirən oldun.Bizim qurduğumuz isti yuvadaFəhlə mən oldumsa, usta sən oldun.
Elə ki, bəxtimin gözü yumuldu,Yoluma nur saçan çilçıraq oldun.Mənim nəşələrim özümün oldu,Ancaq dərdlərimə sən ortaq oldun.
Başıma dolanan dərd-səriminOdunu qəlbindən keçirən oldun.Səndən gileylənən şeirlərimin,Sahibi mən oldum, qulu sən oldun.
Yanıb yaxılanda şeirim üçün mən,Sən elə bildin ki, gizli qəmim var.Ayrıla bilmədin öz aləmindənBilmədin, mənim də öz aləmim var.
Gülüm, aynasıdır üzüm, üzünün,Məni əldən saldı axtarışlarım.Üzünə əks etdi mənim günbəgün,Üzümdə açılan sərt qırışlarım.
Fikrim dərə keçdi, təpələr aşdı,Ardımca bir addım gəlmədin ancaq.Sən məni dindirdin,Dilim danışdı,
Şerimi dindirə bilmədin ancaq.Ötdüyün mahnını bir yol çaşmadınMən çaşdım...Dərədən boylandım dağa.Öz könül mahnını sən çalışmadın,Mənim iniltimə uyuşdurmağa...
Elə bil dünəndir, Sabir bağındaÇıxdın qabağıma ağ çiçək kimi.Elə bil dünəndir, ağ paltarındaQondun evimizə kəpənək kimi.
Aradan nə keçdi? İyirmi beş ildəQara saçımızda ağardı illər!Təkcə istəyimiz qaldı könüldə,Qalan nə vardısa, apardı illər.
İndi xəyal yorğun, könül şikəstə...Gəncliyi dadmamış qocalırıq biz.Övlad qayğısında, bir murad üstdəBirləşir uyuşmaz nəğmələrimiz.
Eyni yük altında neçə yoxuşu,Arzumuz, qəsdimiz birgə aşıbdır.Özgə budaqların iki yad quşuİndi bir budaqda doğmalaşıbdır.Budağın eşqinə darda, çətindəNəfəsin könlümə qol-qanad vermiş.Zaman ötüşdükcə
Məhəbbətin dəİlk rəngi, ilk dadı dəyişilərmiş.
Demə qocalmısan, gülüm, doğrusuMənimçün bir az da sonalaşmısan.Balamın anası, nə sirrdir bu?İndi mənimçün də analaşmısan.
Dekabr, 1974
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-iyirmi-bes-il
Use ← → keys to move, R for a random poem
More by this author
"Yadımıza belə gətirməzdik ki, ermənilər çox-çox əvvəl... hazırladıqları hədsiz-hesabsız bombaların hamısını bizim başımızda partladacaqmış... Bu sadədilliyimiz səbəbilə cümləmiz qonşu ermənilərlə yenə qədim sayaq üzrə sülhanə rəftar edib* *rahat və arxayın olmağı vəz və bəyan edirdik və bu surətlə millətimizin gözünü bağlayıb...uçuruma sarı hazırlayırdıq. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq".*Ömər Faiq Nemanzadə, 1906-cı il*
Qürub düşüncələriVaxtı vaxtın özündən borc almaq istəyərdim.İstəyərdim, bir anda bir saatlıq iş görüm.
Vaxt aldanmadıQızıla mis qatdılar,bala - şəkər,
Çox imişXudunun əziz xatirəsinə*Usanıb şəhərin küy-kələyindən
Poems by other poets
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Aşıq Valehin cavabıEy bic, sənin Canidən özgə pədərin var,Ondan sədəf sinədə, muncan gövhərin var.