Mən kiçik bir ürəyəm
Yenə Şəkiyə gəldim bir az dincəlim deyə,Özümə gəlim deyə.Ancaq... bir gün, bir saat dincələ bilmədim mənÜrəyimin səsindən...O səs... O səs izlədi hara getdimsə məni,Gülərüzlü görmədi burda bir kimsə məni.O səs qulaqlarımda bir top kimi gurladı,Fərəhimi həbs edib, nəşəmi oğurladı.Pozdu rahatlığımı,dincliyimi,yuxumu...Dedim: Dincəlmək bumu?
Dedim: - Ürək, ay ürək,Bircə ay məndən əl çək.Axı, mən də insanam,Mənə nəsib deyilmi bəs həyatın nəşəsi?Qəlbin dərinliyində duydum yenə o səsi:-Dünyada yaşamayan dünyadan dinclik umar,Yanmağında tapmalı dincliyini sənətkar.Dedim: - Bəs bu nədəndir
Çoxaldıqca yaşım daAzalmadı arzular,Aşıb-daşdı arzular,Başdan aşdı arzular.Bahar oldu, qış oldu –itirdiyim ömür, gün,Qazandığım yaş oldu.İndi nə istəyirsən?Dedi: - Demə heç zaman "istəyin nədir?" mənə,Dünən zirvə bildiyim, bu gün pillədir mənə.
İstəyim birmi, onmu?Köhnəsinə çatmamış təzə arzular gəlir,Köhnə arzularımın saçlarına dən düşür.Dünənimin istəyi bu gün gözümdən düşür.
Bir çuxurda lillənən,Bircə çırtma daşındanÜzü səpən, güllənənGöl olmaq istəmirəm.Əvvəlini dağların zirvəsindən götürən,Dağlarda qah-qah çəkib, dərələrdə hönkürən,Saçı dağda, təpədə köpük-köpük ağarıbdüzənlərdə qaralan,Əvvəli müdrik qoca, sonrası cavan olanSel olmaq istəyirəm.Əməllərimin adı mənim adım olaydı.Əbədi yol gedəydimGecə-gündüz,Günəş, AySağım-solum olaydı.Ulduz kəhkəşanları mənim yolum olaydı.Mən il, ay bilməyəydim,Vaxtın çərçivəsindən çıxaydı ömrüm-günüm.Əbədiyyət ən kiçik ölçüm olaydı mənim...Mən sahili olmayan dənizlər istəyirəm.Axşamları olmayan gündüzlər istəyirəm.Xəyallar aləminə məni daim səsləyənCilvələr istəyirəm.Zirvənin özündə də zirvələr istəyirəm.Mən kiçik bir ürəyəm,Bu dünyanın, həyatınbəzəyiyəm,süsüyəm,Mən kiçik bir ürəyəm,sonsuzluq ölçüsüyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-men-kicik-bir-ureyem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Bu nəqşi ki, sən ol güli-rüxsarə çəkirsənBu nəqşi ki, sən ol güli-rüxsarə çəkirsən,Bütlan xətini səfheyi-gülzarə çəkirsən.