Çox imiş
Xudunun əziz xatirəsinə
Usanıb şəhərin küy-kələyindənGəldim ziyarətə dost məzarını.Gördüm, sıralanmış qəbirlərdə mənÖlümün möhtəşəm addımlarını.
Gəzdim qəbristanı, gəzdim səbirləRastlaşdım nə qədər tanış qəbirlə.İnana bilmədim gördükləriməŞəhərə dönməkmiş, şəhərdən qaçış!Burda yatanların çoxu, heç deməMənim öz dostlarım, tanışlarımmış.
Orda dən, burda un, arada daş varZamandır hərlədən bu dəyirmanı.Bir-bir üyüdülür dostlar, tanışlarBirdən ayılırıq: filankəs hanı?
Bəzən üzü durur üzsüz astarınNeçə pillesi var tək bircə ömrün.Mən hardan biləydim, ölü dostlarımDiri dostlarımdan çox imiş bu gün.
Usanıb şəhərin hay-həşirindənGəldim ziyarətə dost məzarmı.Gördüm, sıralanmış qəbirlərdə mənÖlümün möhtəşəm addımlarını.
May, 1998
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-cox-imis
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Death
Ömrü bada verdin, günü talana,İndi sən ömrümün ayağı,gözəl.
Deyim, dinləGəl, otur!Bax, belə!
Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəriQalx, könül, pərvaz elə, eylə tələb bir səfəri,Xabi-röyada qasid verdi mana vay xəbəri.
Qəzəl: Şikəstə oldu könül zülfi-yar dərdindənŞikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən