Anam olsan belə, ay anam, xeyli,Səndən gileyliyəm, səndən gileyli...Sən duymaq düşünmək öyrətdin mənə,Duyub-düşünməkdən azad olaydım.Danışmaq öyrətdin sən öz körpənəNola, mən anadan lal doğulaydım.

Dilini bir ilə öyrəndim... nahaq!..Öz dilim özümə kəsilib yağı.Bütün ömrüm boyu çalışdım, ancaqÖyrənə bilmədim danışmamağı...Başıma bəladır mənim öz dilim,Dənizəm üzümə durub sahilim.

Yerimək öyrətdin tutub əlimdən,Dolaşdım aranı, dolaşdım dağı.Balana yerimək öyrədincə sən,Gərək öyrədəydin yıxılmamağı...

Fikirlər yığılır beynimdə qat-qat,Cavablar-qorxulu, suallar-yasaq.Həyatı qanana ögeydir həyat,Onu qanmayana doğmadır ancaq.

Məni incidirlər bəzən qəsd ilə,Ertəsi hər şeyi unuduram mən.Girəvə düşəndə zalimə beləZülm edib, kam almaq gəlmir əlimdən.

Ana, quduzlaşır həyat, ilbəil,Dalayır puç olan ümidlərimi.Niyə isti deyil, mehriban deyilBu amansız həyat qucağın kimi?..Hardasan, ay ana, bir gəl, mən yenəBəlalı başımı qoyum dizinə.Mənə nağıl danış, dayansın anlar,Görüm, nağıldakı o qəhrəmanlarCütbaşlı divləri nə təhər yıxır,Nə təhər gizlənib, tilsimdən çıxır.

Bir danış, hardadır, görüm, səadət?Bizim yurdumuza o niyə gəlməz?Danış, danış görüm, Məlik MəhəmmədZülmətdən işığa necə çıxdı bəs?

Danışma ay anam, danışma, kiri,Beynimə batmayır bu əfsanələr.Divlər görmüşəm ki, nağıl divləri,Onların yanında toyuğa bənzər.

Nadanlar görmüşəm, öz yolundakıDikə eniş deyir, düzə dik deyir.Tülkülər görmüşəm, öz qolundakıDəmir zəncirlərə bilərzik deyir.

Atasını söyən, yada baş əyənRəhbərlər görmüşəm, qəddar, amansız.Tikana gül deyən, gülə kol deyənQarılar görmüşəm dinsiz, imansız.

Quldurlar görmüşəm, özgə yer deyil,Yurdunu talayıb asudə yatmış.Tacirlər görmüşəm, simuzər deyil"Malades" sözünə Vətəni satmış.

Dünyam biləndən, duyandan bəriMənim gözlərimdən düşüb həyat da.Nağılda gördüyüm qorxunc şeyləri,Həyatda görmüşəm, anam, həyatda.

Yanvar, 1964 - may, 1965

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets