Xuda yaradanda qamu cahanı,Hamıdan xoş nişan düşdü Pətərburq.Bir də təriflər eylərlər İranı,Əgər o bir dərsə beşdi Pətərburq.

Pətərburq dediyin bir gül rəna,Gözəlləri çoxdur pəridən əla,Tay olmaz ona Tehran, Buxara,Dəryada almas tək daşdı Pətərburq.

Əgər bilmək istəsən o gövhər kanı,Elmlən qazanmış bu adı sanı,Qanuvidir orada dünyanın xanı,Hamı vilayətdən başdı Pətərburq.

Görünməyib hələ bir şəhər,Dükanları var təhər-bətəhər,Yollar yuyulur səhər-bəsəhər,Başdan-başa elə fərşdi Pətərburq.

Tərif etdi Pətərburqun şəhərini,Bir görəydim xubların bəhrini,Əgər görsən kimlərin təhrini,Gözəlləri yaşıl başdı Pətərburq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets