Bir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,Dal gərdənə tökülməsə,Tellərin nə miqdarı, dilbər.

Əlin yardan üzülməsə,Xumar gözlər süzülməsə,Ağ buxağa düzülməsə,Xalın nə miqdarı, dilbər.

Bir aşiq ki ac olmasa,Hüsnünə möhtac olmasa,Bir gərdən ki qucalmasa,Belin nə miqdarı, dilbər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love