Çərxi-pirə salam edənSəyyarələr altıdı.Adınaya cəhd eyləyənRuzilər altıdı.Əfsəl, Mürsəl gəldi-getdiNeçə rəsul dünyadan.Ünvanları bərr-haqq qılanPür dəryalar altıdı.

Altı dəsgah oxuyanlarAz qaldılar lal ola.Zənbur bu san şan hörəndəBəhrə verir bal ola.Sanki bu san dühasıylaUya dalbadal ola.Bətni zəmin hesabıylaAğ-qaralar altıdı.

Altı-altı məskən saldıQüdrət aləm Quranda.Bu san ilə hesab aldıSərdabələr duranda.Cümlə-aləm abad olarHaqqın gürzü vuranda.Dağ Yunisdən də kənarQaçan biçarlar altıdı.

Saya-saya san itirdim,Alı, son qoy hesaba.Hesabını çəkməyənəKimsə deməz “mərhaba!”.Surəti yox meylərin,Doldur, cəm et bir qaba.Dördü xakda, cütü candaGübaralar altıdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets