Ağlı-qaralı
Ağlı-qaralıdır dünyamız bizim,Ağsız da kəm olar, qarasız da kəm.Gözün qarası da, ağı da lazım,Kor olluq ağsız da, qarasız da həm.
Sən də dünya kimi, sən də göz kimi-Hicranın qaradır, vüsalın ağdır.
Bir yandan donacaq qəlbim buz kimi,Bir yandan közərib alışacaqdır.
Günəş tək sönərəm, günəş tək yannam,Bir şö’ləm sevincdir, bir şö’ləm kədər.Qaraya bürünnəm, ağa boyannam,Ağlı-qaralıdır dünya - deyirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-agli-qarali
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
VarƏziz dostum, xəbər alsan halımı,Deyə bilməm, məni dərdə salan var.
AyrıSəhər bülbülləri nə fəğan eylər,Düşərsə güzarı çəməndən ayrı.