Payız hələ girməmişdənXəzan yeli gəzmiş bağı.Gül ləçəyi olub dən-dənSaralıbdır tut yarpağı.

Son baharın sirdaşıtəkO görünən kimdir yalqız?Oturmuşdur boyu gödək,Tikiş tikən bir qara qız...

Ah, necə də kobud, çirkinSifəti var o yazığın.Təbiətə qarşı bir kinÇöhrəsində yığın-yığın.

Gözləri çaş, burnu yekə,Əl-ayağı kösöv kimi,Yanaqları ləkə-ləkə...Sıxdı bu dərd ürəyimi.

Təbiətə olsun eyib!Yaratdığı qızdır, axı.Atsan ona, “dəhşət!” deyibGeri dönər eşqin oxu.

(Aşıq demiş, gözəlsiz evViran qala gərək bir gün.Sevəndə də o kəsi sev,Hüsnü dildən-dilə düşsün).

Ah, görəsən tale niyəQarğıyıbdır bu insana?!Oxuyurdu “bahar...” deyəAsta-asta, yana-yana.

Heyrət etdim, bu nə işdi,Xəzan vaxtı deyil məgər?Dizi üstə sərilmişdiŞehli güllər, bənövşələr...

Yaşıl ot da çıxmış dizə,Lalə, nərgiz bir qucaqdı.Sordum: – Nədir bu möcüzə?Həya ilə dönüb baxdı.

Durub çırpdı ağ kətanı,Əlvan dəstə dağılmadı –Mən seyr etdim gülüstanı,İynəsini o sapladı.

Kösöv kimi odlu əllərGəzdikcə ağ kətan üstə –Qar əridi, təzə güllərÇıxdı yenə dəstə-dəstə.

Bu tər gülü, tər çiçəyiO toplamış ürəyindən,Toxumuşdur hər ləçəyiArzusundan, diləyindən.

Payız hələ girməmişdənXəzan yeli gəzmiş bağı.Gül ləçəyi olmuş dən-dən,Saralmışdır tut yarpağı.

İlk baharın sirdaşıtəkO görünən kimdir yalqız?Ağ kətana çiçək-çiçəkNaxış salır bir gözəl qız.

Gəlir bahar, gedir bahar,Hər nəməti xəzan olur;O gözəllik, o naxışlarNə saralır, nə də solur...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring