Zəng çalıb aramsız telefon dinir –Uzaqda yad edib məni kim isə,Şirin bir duyğuyla qəlbim isinir,Dostlarım yer-yerdən verir səs-səsə.Sonra növbə ilə bir-bir danışır.Meşədən gələn səs səsə qarışır:

“Hop-hop... tuq-tuq... cik-cik...”.– Sənin şərəfinə sağlıq deyirik!– Sağ olun, var olun siz də həmişə.– Havalar necədir?– Tərpənmir yarpaq.– Turşsuda solmayıb hələ bənövşə,Bir dəstə yığmışıq sənə yollayaq...

İstini-bürkünü qovub uzağaİlk bahar havası dolur otağa.

Zəng çalıb aramsız telefon dinir –Yenə yad eləyib məni kim isə.Şirin bir duyğuyla qəlbim isinir,Deyirlər:– Cavab ver indi Kəpəzə!– Allo! Bu sənsənmi, fermaçı qardaş?– Xoş gördük, əzizim!– Haçan köçürsüz?– Tədarük görürük biz yavaş-yavaş...– Çadırı, dəyəni nə vaxt sökürsüz?– Sabahdan... Qalmayıb dağın ləzzəti.– Yubansaq sürünün tökülər əti –– Bombozdur hər yamac, bombozdur hər dik,– Küləkdən, yağışdan zara gəlmişik...

İstini-bürkünü qovub uzağa.Bir payız havası dolur otağa.

Zəng çalıb aramsız telefon dinir,Yenə yad eləyib məni kim isə.Şirin bir duyğuyla qəlbim isinir,Verir uşaqlarım bu vaxt səs-səsə.– Allo?– Dəlidağdır... Bizik danışan...– Deyən darıxmısız, uşaqlar, yaman?– Gəl apar, ata!– Yox, – dedim qan-tərə mən bata-bata.Bura çox istidir...– Burasa qar yağır... yubansan əgər,Atacan, qaloş al, palto da göndər!..

İstini-bürkünü qovub uzağaQışın sərt havası dolur otağa.

Dönüb nəzər saldım xəritəyə mənAxtardım, aradım, gəzdim dünyanı.

Bayaq səsi gələn, havası gələnÇiçəkli, çisəkli o dağlar hanı?!

Hanı od püskürən qızıl Abşeron,Hanı o bürkülü Muğan, Mil düzü?Axtarıb gəzdikcə mən heyran-heyran,Baxıb gülümsədi sanki Yer üzü.

Onu qarış-qarış seyr edə-edəDağları gəzməyim hədərmiş, hədər:Azərbaycan dünya xəritəsindəGörünür bənövşə yarpağı qədər.Baxdıqca sevindim, fəxr etdim ancaq!..Böyüdü gözümdə bu kiçik yarpaq.

Hər fəslin getsə də burda söhbəti,Hamı bahar bilir Azərbaycanı.Onun xoş sədası, onun şöhrətiBənövşə ətritək tutub dünyanı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring