Əbcəd ilə “a” oxudum,Ol Allahı bir bildim.Yaradandan qeyri nə var,Bu həyatda ikidir.İki “sə”ni bir oxudum,O billahi bir bildim,O billahın hikmətindəSüd də, zat da ikidir.

Bədənində düzülübdürƏzaların iki şər.Ölüm-dirim ikilidir,İkiləşər xeyir-şər.Səbir cütsə, səbir eylə,O cütlükdə yoxdu şər.Usta birdir, nə yaradıb,Hesabatı ikidir.

Cüt ünsürlər iki yerdən,İki göydən birləşər.Abı, atəş, xaki-baddanRuzi tapıb bu bəşər,Dərin fəza boş deyildir,Ordan yerə nur düşər…Alı, cütlük təzaddır,Hər bir qatda ikidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets