Mənim könlüm qüssəlidi, zülməti dan istərəm,Nə malı-mülk, nə var-dövlət, nə şöhrət-şan istərəm,Nə müddətdi, xəstə düşdüm, təbib gəlməz yanıma,Şahlar şahı, irəhm eylə, dərdə dərman istərəm.

Çoxlarına bel bağladım, dedim; “mənə yar olar”,Çox çəkmişəm, çox görmüşəm sinəm üstə yaralar,Öz xalqına qəbir qazan, xain, qəlbi qaralar –Fələk gərək qələm çala cismin büryan istərəm.

Aşıq Alı, ol Xudadı cansızlara can verən,Öz yolunu bilməyənə məhşərdə fərman verən.Mətləbini hasil edib, oğlunu qurban verən,Bar-ilahim, mətləbimi mən də hər an istərəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love