Yağar leysan, dağda qarı əridər,Şəlalə sədası ay edər qıj-qıj.Açar xəlic, xakı salar irağa,Sədası sərində ay edər qıj-qıj.

Açırsan qəşəng xan ad aşa dəyər,Yada həcər atsan, adaşa dəyər.Daşar çaylar, sellər a daşa dəyər,Səngin sədasından ay edər qıj-qıj.

Ərş əlada dal qeydinə dal qalar,Qaçhaqaçda hey geride dal qalar,Aşıq Alı, şaxə qalxar dalqalar,Nərəsin çəkəndə ay eylər qıj-qıj.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets