Qəbrin üstündə bir anaAğı deyir yana-yana:Sağalmadı yaran, balam,Həkimlərə yalvaran balam.

Görəsən sağalmadı?Ya sağaltmağaCan atmaq istəmədilər?Görəsən yaşaya bilərdi ki...Yaşatmaq istəmədilər?!Sağalmadı yaran, balam,Həkimlərə yalvaran balam.

Görəsən əcəli çatdı,Ömrü qurtardı, sağaltmadılar?Ya təmənnaları vardı -Sağaltmadılar?!Sağalmadı yaran, balam,Həkimlərə yalvaran balam.

Ananın gözlərindənYağış tökürdü... yağış.GörəsənGərəkliydi-gərəksizdiBu yalvarış?İş-işdən keçmiş -Bu yalvarış?Görəsən həkimlərAcizdi...Ya nacinsdi?!

Qəbrin üstündə bir anaAğı deyir yana-yana:Sağalmadı yaran, balam,

Həkimlərə yalvaran balam.15.07.1999.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets