Məni könüllülərləGörüşə aparmayın.Getmirəm, - söyləyəndəHay-həşir qoparmayın.

Nə qədər demək olarVətən yandı, qoymayın,Yurd talandı, qoymayın,Namus getdi, ar getdi,Ellər-obalar getdi.

Mən də gedim deyimmi:Koroğluyuq, babəkik?!Qazan xanıq, beyrəkik?Mən də gedim deyimmi:İgid, silaha sarıl,Fərariyçin yer yarıl!Həcər xanım anamdır,Burla xatun bacımdır?!Şah ismayıl, Cavad xanŞanlı şöhrət tacımdır?!

Könüllü görüşünəİşbiləni çağırın,Başbiləni çağırın.Düşməni göydə vuransnayperi çağırın,Fənd bilən, qurğu bilənBir yavəri çağırın!Könüllü görüşünəOddan-alovdan çıxanVeteranı çağırın,Partizanı çağırın.

Könüllü görüşünəGeneral də’vət elə.Admiral də’vət elə.Təyyarəçini çağır,Topçuya minnət elə,Tankçıya minnət elə.Minnət elə çağır ki...Başına od yağır ki.Sənə bir yol göstərsin,Sənə bir iş öyrətsin.Bu şahmat taxtasında,Bir fənd, gediş öyrətsin.Sənə bir şey öyrətsin.

Məni könüllülərləGörüşə çağırmayın.Şair nə gündə gərək!Çığırıb-bağırmayın!Könüllü görüşünəMina axtaran çağır.Əfqan döyüşlərindən

Böyük dərs alan çağır!Bir şey öyrətsin sənə.Könüllü görüşünəHərbin - bugünkü hərbinAlim - ustadın çağır!Külüng fərhadını yox,Raket fərhadın çağır!Məni könüllərləGörüşə göndərməyin.İnsaf edin, rəddimiFitvaya döndərməyin!

Könüllü görüşünəÇağırın qız-gəlini,Qocanı, uşaqları.Onlar öz gözləriyləGörsün namusu-arı.Könüllü görüşünəSürüyün fərarini,Xəcalət tə’nəsinəBürüyün fərarini!

Könüllü görüşünəGətirin möhtəkiri,Göstərin tay-tuşuna,Basdırın diri-diri.Könülsüzü gətirinKönüllü hüzuruna!Körükçü lazım deyilKörüksüz alovlananKönüllü qüruruna.

15 noyabr, 1993

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets