Görüşə tələsənlərQərənfil almasınlar,Əliboş getsələr dəXəcalət qalmasınlar.Qanlı yanvar gecəsi,O qırğınlar gecəsi,O ahu-zar gecəsiQanlı yağışa dönübGöydən yağdı qərənfil.Yox, yox göydən yağmadı,Gözdən yağdı qərənfil.Şəhid qanıyla birgəŞəhid qanına dönübAxdı-getdi qərənfil.Çiçəklərin içindəÖz başını götrüb

Çıxdı getdi qərənfil.Qərənfil göz dağıdırQərənfil çiçək deyil,O gecədən bu yanaHeç kimə gərək deyil.Qurban olum allaha,Məsləhətinə bir bax!Qərənfilə ətir yox,Yaraşıq verdi ancaq.Yaraşıq da bir görünGörün nəyə yaraşdı,Qanlı tamaşa gedənBir səhnəyə yaraşdı.Ay toy-nişan edənlər,Ay görüşə gedənlərQərənfillərdən uzaq!Şəhid qəbirlərininBəzəyidir o ancaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets