Sinəsinin üstündən itələyib yorğanıBalışa dirsəklənir yorğan-döşək yorğunu.Çiynində dayanmır bürünc düyməli pencək,Əriyib getmiş kürək...Bayır çənli-dumanlı, otaq yarıqaranlıq;O, ətrafa gəzdirir, gözlərini bir anlıq.Tavanın ortasında bir lampa yırğalanır,O gah sönür, gah yanır.Baxır qoca dənizçi köks ötürə-ötürə.Çarpayıdan yapışıb bir az qalxır hündürə.Xatırlayır, dənizin qoynunda gecəyarıQorxulu nöqtələrdə göz vuran mayakları.Kapitan körpüsünün sürahısı sanır o,Əllərində iz salmış çarpayı dəmiriniDalğalar da dinləyir kapitanın əmrini.Sağda acgöz burulğan, solda sualtı qaya,Girsələr də pusquya...O aparır gəmini təhlükəsiz, xatasız,O inanır, mayaklar ola bilməz vəfasız...Otaq yarıqaranlıq... hansı dəniz, nə mayak...

Tavanda yanıb-sönən kiçik lampadır ancaq-Onun təsəvvüründə bu lövhəni yaradan,Başa düşür kapitan, özündədir kapitan.Ürəyinin telində oynayan mizraba bax,Gözünün çuxurunda qaynayan əzaba bax!İstəyir acığından söküb-töksün yatağıYorğan-döşək dustağı.

Çiynindən yerə düşüb bürünc düyməli pencək,Düymələr cingildəyir son əlvida zəngitək....Körpüdən ağır-ağır ayrılır gedir gəmi,Yaylıq yelləyənləri yenə tərk edir gəmi.Kapitan körpüsündə o, vüqarla dayanıb;Papaq gözünün üstdə... iftixarla dayanıb,Dəniz azad, göy azad, ürək açır hər tərəf,

Üfüqlər narıncı tül, buludlar sədəf-sədəfGəminin dövrəsində aşır-daşır, ləpələr,Aşır-daşır, yorulur, uzaqlaşır ləpələr,Suitilər şütüyür, qağayılar səslənir,Gəmi üzür, üzdükcə kapitan həvəslənir.

Nə gəmi, nə kapitan... otaq yarıqaranlıq,Qoca qarşı divara nəzər salır bir anlıq;Taxta rəf üzərində durur gəmi modeli,Tən ortadan qırılmış “dor ağacının” beli.“Göyərtədə”, “bacada” hörümçək tor bağlamış,Baxımsız evin tozu, “gəmi”ni suvaqlamış.Səhv edərəm desəm ki, onu oyuncaq sanan,Nişandır, yadigardır ömründən bir insanın.Bu balaca modellə xatirələr bağlıdır.Yarımdünya bir gəmi, bir də Xəzər bağlıdır.Yarımdünya bir gəmi, yetmiş illik bir həyat.Bir həyat ki, bir anı ötməmiş sakit, rahat,Min insan həyatına min kərə girov olmuş,Od olmuş, alov olmuş.Dağ boyda, dalğalarla dayanmışdır döş-döşə,Körpüyə alnıaçıq ayaq basmış həmişə.Qoca baxıb modelə - anır “yarımdünyanı”.Bəs “yarımdünya” hanı?Suları yara-yaraO yenə səfər edir bakıdan uzaqlara.Kapitan körpüsündə durmuş cavan bir oğlanTəzə, cavan kapitan.

Təzələnməyən nə var, görəsən bu dünyada?Qoca təsəlli tapır bunu saldıqca yada.Payızda sarı yarpaq tökülməsə torpağa,Yazda nə rövnəq verər maralbuynuz budağa?Çöldə külək titrədir çarhovuzun suyunu;Su əsir əsim-əsim bir ipək köynək kimi.Balacalar oynayır gəmi-gəmi oyunu,Əl-ayaq su içində, yanaqlar çiçək kimi,Üzür kağız gəmilər, sayı yox, hesabı yox.Bə’zisinin xırdaca ləpəyə də tabı yox.O baxır pəncərədən, baxır gözündə həsrət.Görəsən, bu həsrəti hiss edirmi təbiət?!Çöldə təzə başlanan bir ömrün nəfəsi var,Çarhovuzun suyunu şappıldadır uşaqlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets