Oda düşərlər, yada düşərlər
Buruq saçlı, gülər üzlü,Sinəsi qızıl ulduzlu,Gözləri mavi,Əzrayılı səmaviKosmonavt KomarovFikrimə hardan düşdü,Hansı axardan düşdüBu dəqiqə, bu saat?!
Kainatda xəyalın,Xəyalın kainatda.Raket bülənd odluYana-yana, içindəKosmonavt Komarov.O getdiİkinci ulduzu dərməyə,Allahı bir də görməyə.Nə ulduzu dərə bildi,Nə allahı görə bildi.Hər gülüBir ulduza döndü,Ulduzlar içindəQaldı Komarov.Əbədiyyətin, sonsuzluğunQanadlarındaUcaldı Komarov.
Odlar diyarınaGəlmişdi Komarov.Gəlmişdi,Şıxəlinin qonağı olmuşdu.
Odlu iqbalınıBildi Komarov...Bu odlu, atəşli,Alovlu torpaq.Səməndər ömrünün,Səma ömrününMüdhiş falı olmuşdu,Sınağı olmuşdu.
Birinin məzarıXiyabandadır,Birinin məzarıAsimandadır.Yerlə-göy birlikdəKainatımız.Elə Şıxəli dəKosmonavtımız.Göyərçinlər qonurQız qalasına.Bütün quşlarınsaRuhdur bir adı,Dualar oxuyur öz balasına.
Yerdə də, göydə də,Bəşər övladı.Qorxudan-ürküdənAzad olanlar,Amalı yolundaFərhad olanlar.Vətənə-millətəÖvlad olanlarYerdə də, göydə də oda düşərlər,Oda düşərlər...Yada düşərlər...
14.07.1999.
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-oda-duserler-yada-duserler
Use ← → keys to move, R for a random poem
More by this author
Yardımlıya qonaq gəlinO, nağıldı, rəvayətdi.
Ay meşəHansı meşə olar sənə tay, meşə?Bu yerlərin yaraşığı, ay meşə!
Gözün aydınMərhum jurnalist-yazıçı, kövrək qəlbli, istəkli ziyalımız hacağa Cümşüdlü bu günlərimizi - Azərbaycanın istiqlalını, müstəqilliyini yana-yana arzulayan nadir şəxsiyyətlərdən biri idi.*O, yazmışdı:*
VətənHuşu başdan edən bir yaraşıqdan,Gözü qamaşdıran çılğın işıqdan,