şıqlar çıxıbdı Kür qırağına,Heyif kənarında sonası yoxdur!Bahar fəsli yamyaşıla bürünər,Üç ay zimistanın havası yoxdur!

Dərin-dərin dəryalarda yüz yaşa.Əldə qələm, davat tutub yaz, yaşa!İstər əlli yaşa, istər yüz yaşa,Axır bu dünyanın vəfası yoxdur!

Olmuşam səhlənkar, düşmüşəm düzə,Məcnunun Leylisi görünmür gözə.Hicran xəstəsisən, Divanə Mirzə,Sənin bu dərdinin davası yoxdur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets