Hicran xəstəsiyəm dərdə giriftar,Mənim bu dərdimin nə loğmanı var.Nə ömrüm tamamdır borcdan qurtaram,Nə cərrah əlacı, nə dərmanı var.

Sərgərdan qalmışam əlacdan naçar,Namərd qaydasıdır arxadan qaçar,Qəlbin sandığına olaydım açar,Açaydım, görəydim nə gümanı var.

Dərdimi demərəm nə qəhrəmana,Nə Sama, Rüstəm tək bir pəhləvana,Şikayət eylərəm adil divana,Nə mülkü, şəriki, nə məkanı var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets