Novruzi-bahar oldu, cahan tazətər oldu,Rəf oldu ələmlər,

Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu,Yandı oda qəmlər.

Qırx yeddi rəqəm sındı zimistan qələmindən,Fürsət gülə düşdü.

Meydani-tərəbdə bu nə türfə hünər oldu,Sərf oldu kərəmlər.

Göydən yerə yağdı nə gözəl şəbnəmi-rəhmət,Bitdi gülü lalə.

Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu,Açıldı irəmlər.

Yüz həmdü səna mayili-seyri-çəmən oldu,Şad oldu könüllər.

Bir mövsümi-güldür bu ki, həqdən nəzər oldu.Xoş gəldi bu dəmlər.

Ey xəstə Vidadi, bu gün etməzmi sənə rəhmSultani-zəmanə?

Bu eydi-mübarəkdə ki, dünya xəbər oldu,Saçıldı dirəmlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring