Könül həsrət, can müntəzir, göz yolda
Könül həsrət, can müntəzir, göz yolda,
Ömr azaldı, və’də keçdi san ilə.
Bir də könlüm istədiyin, gözlərim,
Görərəmmi ol şövkətlə, şan ilə.
İstəmənəm bu dünyanın malını,
Qovğasını, fitnəsini, alını,
Qəriblikdə bikəslərin halını
Fikr elərəm, gözüm dolar qan ilə.
Mərdlər ilən gəz ki, vəfadar olur,
Nakəslərə yoldaş olan xar olur.
Namərd odur yaxşı gündə yar olur,
Yaman gündə baxmaz, ötər yan ilə.
Mərd olanlar keçər külli varından,
Əl götürməz namusundan, arından,
Ölənətən dönə bilməz yarından,
Meydan günü başın qoyar can ilə.
Daim haqdır Vidadinin deməyi,
Doğruların hərgiz itməz əməyi,
Hər kimin ki, mövla olur köməyi,
Nə işi var sultan ilə, xan ilə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-konul-hesret-can-muntezir-goz-yolda
Use ← → keys to move, R for a random poem
More by this author
Ey fələk, əlindən dad etməyimmi,Sən məni dərdə bac eyləmədinmi?
Gecə-gündüz oda düşüb yanaramGecə-gündüz oda düşüb yanaram,Siyah telli bir sonanın ucundan.
MüsibətnaməGəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,
Novruzi-bahar oldu, cahan tazətər olduNovruzi-bahar oldu, cahan tazətər oldu,Rəf oldu ələmlər,
Poems by other poets
Ağ Aşığam xətim-kəlamdır bu gün,Cənnətül mərvaya götürün məni.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Badi-sabadənƏndüh-bəla artdı gənə qəhri-qəzadən,Qəm-qüssə çəkib ləşkərini gəldi havadən,