Faş etdi göz yaşım bu nihan razi ellərə,Əfsanə tək cahanda məni saldı dillərə.

Sındırdı qol-qanadımı həsrətlə xari-hicr,Badi-səba, yetir bunu gülşəndə güllərə.

Bir gün keçirdi hər ili vəslin, gəl indi gör,Hər saəti bu ayrılığın dönmüş illərə.

Çəkdikcə dərdi-möhnəti-hicranın, ey gözəl,Qan oldu laxta-laxta, könül döndü göllərə.

Saldıqca yada vəslini döndüm kəmanə mən,Kül etdi hicr canımı, ah, verdi yellərə.

Hicrində bəs ki həsrət ilə çəkdim ah-zar,Dudi-könül bu eşqimi döndərdi sellərə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Verdi nişan camalını yarım bu Şaiqə,Leyli kimi öz aşiqini saldı çöllərə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love