Ərseyi-hüsnündə, ey dil, bircə ol mahruni gör,Aşiqi-dilxəstəni pabənd edən giysuni gör.

Söylədim, bunca dolaşma vəhşi tək, ey xəstə dil,Dedi, get ol gözləri məst eyləyən ahuni gör.

Həlqeyi-zülfi o yarın damdır aşiqlərə,Bənd edən yüz aşiqi ol damidə bir muni gör.

Daneyi-xalın əzəl xoş göstərir mürği-dilə,Sonra gəl bax cövrinə, bir hiyleyi-hinduni gör.

Zülfü rüxsara dağıtmış dilbərim, sanki deyir:Mişki qiymətdən salan bu zülfi-ənbərbuni gör.

Gülşənə bu gül üzüm salmış necə xoş vəlvələ,Şöhrəti-hüsnün tutub hər şəhri, hər çarsuni gör.

Qaş-gözə hərdəm verəndə bir təkan yüz seyd edir,Bircə bu nazik bədəndə qüvvəti-bazuni gör.

Maqta — the closing couplet bearing the poet’s pen name. Guşeyi-mehrabidə Şaiq rəvadır ağlasa,Naseha, Allah rizasinə xəmi-əbruni gör.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love