Qurbanın olum, aşiqinə eylə inayət
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Qurbanın olum, aşiqinə eylə inayət,Göstər bu diləfsürdənə bir azca himayət.
O zülfü rüxundan elə bir ləhzə kənarə,Bu ölkəni qıl Kəbeyi-rüxsarə hidayət.
Oynat o qara qaş-gözü naz ilə, nigarım,Göstər bu cahan əhlinə möcüzlə kəramət.
Aç nitqi-şəkərbarını tuti kimi, ey yar,Saç ləlü ləbinlə dürü gövhər və həlavət.
Hey qibtə edir ruyinə gülşəndə çiçəklər,Çünki hanı onlarda belə incə lətafət.
Çaylar, meşələr cümlə mürəkkəb, qələm olsa,Bu hüsnünü haşa edə bilsin o hekayət.
Maqta — the closing couplet bearing the poet’s pen name. Can nəqdini Şaiq sənə vermişdi əmanət,Qurbanın olum, aşiqinə etmə xəyanət.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qurbanin-olum-asiqine-eyle-inayet
Use ← → keys to move, R for a random poem