Həyat-sevməkdir
Qurumlu bir ocaq kimi fikrimə his çökmüşdü,Qanadlanan ümidimi qırıb yerə tökmüşdü.Çırpınırdım burağanlı fırtınalar içində,İstəklərim, diləklərim həpsi gözüm önündəYaralanmış bir quş kimi yerdə sürüklənirdi.Yıldırımlı buludlar da fikrimlə əylənirdi.Kölgəm kimi arxam sıra qoşan qara günlərim,Bir an məndən ayrılmazdı, daşıyordu kədərim.“Həyatımdır bu, – deyirdim, – könül buna darılırİnsan neçin bu ilana dilək qədər sarılır?Yoxluq, ölüm şərəflidir böylə çirkin həyatdan,Kərtənkələ, soxulcanmı yerdə sürünsün insan?”Vücudumda üsyan etmiş qüvvələrim söndükcə,Həyatımın o yıpramış yarpaqları döndükcə,Əzilirdim, sönüyordum, nifrət derdim həyata,Göz qapamaq istərkən bu zindanlı kainata,Birdən-birə kipriyimə lətif bir şey toxundu,Qulağımın ucunda pək dadlı nəğmə oxundu.İçimdə bir günəş doğdu, qəlbimə nur saçıldı,Qarşımda həp başqa dünya, başqa cənnət açıldı.O cənnətdə sən göründün, əlində qönçə çiçək,Ufaq, ufaq addımlarla irəllədin, gülərək:O çiçəyi mənə verdin, bilməm nə söylədin sən,Birdən-birə pəri kimi qeyb oldun gözlərimdən.Sən qeyb oldun, əvət, mən də kəndimi qeyb etmişdim,Xəyalına dalmış, bilməm nerelərə getmişdim.Ayıldım da o verdiyin qönçəciyi qoxladım,Həyat nədir, duydum, onu pək yaxından yoxladım.Həyat – sevmək, pəriciyim, sənin üçün yaşamaq,Gecə-gündüz çalışaraq sənə qovuşmaq ancaq.Bax, bu dadlı həqiqəti həp sən mənə anlatdın,Acı, sönük həyatıma işıq saçdın, bal qatdın.Sən sevdirdin o iyrənib çeynədiyim həyatı,Gözümdə sən şirinlətdin bu isli kainatı.Mənə yeni həyat verən, günəş verən sənsən, sən!Sevmək – iştə yaşamaqdır, yaşamayır sevməyən!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-heyat-sevmekdir
Use ← → keys to move, R for a random poem
More by this author
Üzümdə gərdi-təkəddür niqab şəklində.Gözümdə əşki-təhəssür hübab şəklində.
LaylaLayla, mələgıim, körpə balam, sevdiciyim, yat!Bir də ələ düşməz bu uşaqlıq dəmi, heyhat!
Bu da bir şeri-faniyi-digərÇiçək altında bir kiçik kəpənəkDüşüb əfsürdə, çırpınır bipər.
Bir ulduzaYormuşdu bütün ruhumu, əfkarımı alam,Bir dağ ətəyində düşünürdüm təkü tənha.
Poems by other poets
گر باد پریر خود نرگس بفراختدی درع بنفشه نیز بر خاک انداخت
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar