Layla, mələgıim, körpə balam, sevdiciyim, yat!Bir də ələ düşməz bu uşaqlıq dəmi, heyhat!Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfraz,Doğma vətənindir başı qovqalı bu Qafqaz.Yat körpə ikən öz beşiyində hələ rahət,Almış yenə ətrafı duman, fırtına, zülmət.Getdikcə coşub Kür özünü daşlara çarpar.Saçdıqca köpük dalğalanar, hiddəti artar.Müzlim gecə, ulduzları sarmış qara sislər,Bayquşlar ötər, ölkəmin hər guşəsi inlər.Yum gözlərini, yat, səni oğlum, səhər erkənAl-telli şəfəqlər öpəcəkdir oyanırkən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets