Arif olan insafından keçməsin,Mən fağırı qəm ataşı yandırır.Heç kimsəni eşq oduna düşməsin,Ahəni əridir, daşı yandırır.

Hər kim görmək istər yarı pünhandan,Daim çəkər ahü zarı pünhandan.Atəşi ürəkdən, narı pünhandan,Kirpiyi oxlayır, qaşı yandırır.

Vaxtın keçdi, xəddin çaldı, Ələsgər!Sərf edirsən nə kamaldı, Ələsgər!Bir sirr gördü, heyran qaldı Ələsgər;Ayaq oddu, yanmır, başı yandırır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice