Yaxşıdı
Gəşt elədim, bu dünyanı dolandım,Kəlbəcərin xeyir-şəri yaxşıdı.Məscid, minarəsi, məktəbxanası,Torpağı şirindi, yeri yaxşıdı.
Züleyxa təmkinli gözəllər hamı,Siması, libası, qurğu, nizamı,“Qardaş” deyib, dindirirlər adamı,Hörmətləri, mərfətləri yaxşıdı.
Hasanalı Kəlbəcərdə bir xandı,Zümrüd kəlməlidi, fəsih zəbandı.Kamal kamandardı, atıb-vurandı,Qovğa günü iyidləri yaxşıdı.
Yeyin olsun Nəbi bəyin iqbalı,İsgəndər calallı, Hatəm səxalı;İnəyin kərəsi, beçənin balı,Çayı, qəndi, samavəri yaxşıdı.
Ələsgər mərd gördü, bir dəftər açdı;Tərlan qaynaqlıdı, aslan savaşdı,İyidlərdə Nəbi hamıdan başdı,Gözəllərdə Nənəpəri yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-yaxsidi
Use ← → keys to move, R for a random poem