Üzhaüz
Mərifət bəhrində qəvvasam deyən,Gir dərin dəryaya, çalxan, üz ha üz.Mən aşığam, üz ha üz,Sonam, göldə üz ha üz.Bivəfadan yar olmaz,Ömür üzsən, üz, ha üz.Qarı düşman bir də gəlib dost olmaz,Əlin tutub yalvarasan üz ha üz.
Dərviş olan gedər gəzər dərində,Yerkən açar dayazlarda, dərindəMən aşığam, dərində,Dayazlarda, dərində.Qul olasan, qalasanNazlı yarın dərində.Əl açasan ərənlərin dərində,Calayasan sınıq könül üz ha üz.
Ələsgərim, ağlayasan, güləsən,Bülbül kimi aşiq idin gülə sən.Mən aşığam, güləsən,Danışasan, güləsən.Bağban öldü, bağ soldu,Həsrət qaldın gülə sən.Naşı bağban, əl uzatma gülə sən,Çək əlini qızılgüldən üz ha, üz!
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-uzhauz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Söylədi tarixiniOna tapan bir ozan
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
ÇağırXalq şairi Süleyman Rüstəmə*Nə zaman ki, könlün düşdü tufana,