Salmısan sinəmə eşqin közünü,Bu yanan könlümü al Şəvəkarda.Hər kim görsə Sənəm, Telli üzünü,İnan, dilə gələr lal Şəvəkarda.

Tellinin gözləri, Sənəmin xalı,Qocaldır cavanı, yandırır çalı.Qar tutacaq gədikləri, yalları,Ayna, deməginən qal Şəvəkarda.

Xaliq hər kimsəni bir cür yaradır,Heç kim bilmir axır mənzil haradır.Şücaətdə qul Ələsgər qaradır,Tökülür ağzından ləl Şəvəkarda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets