Yüz iyirmi dörd min nəbi gəlibdi,Cəmi ənbiyanın ədədi sənsən.Sidqilə hər kim ki çağırsa səni,Zahirdə, batində mədədi sənsən.

Haqq verməsə, qonşu payı pay olmaz,Doğru yola əmək çəksən, zay olmaz.Bəndədən bəndəyə bir haray olmaz,Darda qalanların səmədi sənsən.

Ələsgər çağırır Əliyyül-əla,Qeyzə gəldi, zərbə vurdu Salsala.Zərbindən titrədi Xeybər tək qala,Münkirin dünyada cəlladı sənsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets