Səni gördüm, əl götürdüm dünyadan,Yaşıllı, zərbablı, allı Sənəm, gəl!Ovçunu görəndə maral baxışlı,Ay üzü, birçəyi, xallı Sənəm, gəl!

Möhnətindən qəfil düşdüm azara,Təbibimsən, eylə dərdimə çarə,Bilsəydim gəlməzdim mən Şəvəkara,Qaymaq dodaqları ballı Sənəm, gəl!

Bir üzün şəmsdir, bir üzün qəmər,Həsrətini çəkən ləbindən əmər.Guşunda sırğadır, belində kəmər,Mən bədbəxtəm, uzaq yollu Sənəm, gəl!

Daraba dalından qıya baxırsan,Ələsgəri yandırırsan, yaxırsan.Müjganları sinəm üstə çaxırsan,Olmaginən qalmaqallı, Sənəm, gəl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets