Xublar məclisinə güzar eylədim,Gördüm gözəllərin xası seçilmiş.Baxdım, diqqət ilə nəzər eylədim,Gül əndamı, tər libası seçilmiş.

Olum sadağası bu gözəllərin,Mərfətdə kamildi, kamalda dərin.Əsəli-müsəffadı şəhdi-ləblərin,“Əsəl” baldı, “müsəffa”sı – seçilmiş.

Demə Ələsgərin ağlı zayıldı,Şəmsü qəmər mah camala mayıldı.Gözüm gördü, könlüm qəmdən ayıldı,Şikəstə qəlbimin pası seçilmiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice