Jam-i Jam, chapter 19
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
علم بالست مرغ جانت رابر سپهر او برد روانت را
Bilik can quşuna qanaddır, inan,Ruhunu göylərə odur qaldıran.
علم دل را به جای جان باشدسر بیعلم بدگمان باشد
Bilikdi ürəyə bu dünyada can,Baş biliksiz olsa, olar bədgüman.
دل بیعلم چشم بینورستمرد نادان ز مردمی دورست
Nursuz göz kimidir elmsiz ürək,Nadan insanlıqdan uzaqdır, gerçək.
علم علم بر برین بالاتا برو چون علم شوی والا
Elmin bayrağını qaldır göylərə,O, səni qaldırsın ən yüksəklərə.
مبر از پای علم و دانش پیتا به قیوم در رسی و به حی
Bilik Arxasınca yürü hər zaman,Biliklə Allaha gedib çatarsan.
علم عقلست و نفس علم خدایبیش ازین بیخودی مکن به خود آی
Nəfs allah elmidir, elm isə ağıl,Bəsdir özünə gəl, yuxudan ayıl.
زانچه بر جان نبشت در بوتاتشاخ علمست و میوه معلومات
“Yumat”da yazılmış bu sözlərə bax:“Məlumat meyvədir, elm isə budaq”.
نیست آب حیات جز دانشنیست باب نجات جز دانش
Yoxdur bilik kimi bir abi-həyat.Ancaq bilik verər insana nicat.
هر که این آب خورد باقی ماندچشم او در جمال ساقی ماند
Bu sudan içənlər əbədi oldu,Gözləri saqinin üzündə qaldı.
مدد روح کن به دانش و دینتا شوی همنشین روح امین
Ruhuna elm ilə kömək et hər an,Onda Cəbrayıla yoldaş olarsan.
دین به دانش بلند نام شوددینِ با علم کی تمام شود؟
Biliklə dinin də adı ucalar,Din elmə söykənsə necə qocalar?!
نور علمست و علم پرتو عقلروشنست این سخن چه حاجت نقل؟
Elm ağlın ziyası, biliksə bir nur.Bu sözlər aydındır, doğrusu budur.
علم داری مشو به راه ذلیلعلم بس راه را چراغ و دلیل
Biliyin olarsa, qalmazsan naçar,Bilik yollarında çıraq tək yanar.
چون چراغ و دلیل و پرسیدنهست، در شب چراست ترسید؟
Əlində çırağın vardırsa əgər,Qaranlıq gecədən qorxursan hədər.
علم نورست و جهل تاریکیعلم راهت برد به باریکی
Bilik işıqlıqdır, cəhl qaranlıq,Sən bu həqiqəti düşün bir anlıq.
دانشست آب زندگانی مردخنک آن کآب زندگانی خورد!
Dirilik suyudur elmi insanın,Xoşbəxtdir bu suyu içən, inanın.
در پی کشف این و آن رفتنجز به دانش کجا توان رفتن؟
Kəşf etmək istəsən bir sirri əgər,Biliksiz mətləbə çatarsan məgər?!
نفس بیشه است و گربزی شیرشعقل بازو و علم شمشیرش
Nəfsin meşəsində kim azsa yolu,Elmi qılınc olar, ağılsa qolu.
علم خود را مکن ز عقل جداتا بدانی که کیست عقل و خدا
Etmə öz elmini ağıldan cüda,Biləsən ta kimdir ağıl və Xuda.
تن به دانش سرشته باید کرددل به دانش فرشته باید کرد
Bədəni ağılla yoğurmaq gərək,Biliklə mələyə dönsün qoy ürək.
علم روی ترا به راه آردبا چراغت به پیشگاه آرد
Elm sənin üzünü yola gətirər,Sənə çıraq olub yara yetirər.
علم اگر قالبیست ور جانیستهر چه دانی تو به ز نادانیست
Maddi, ya mənəvi olsa da bilmək,Yenə bilməməkdən yaxşıdır, bişəkk!
تن بیروح چیست؟ مشتی گردروح بیعلم چیست؟ بادی سرد
Bir ovuc torpaqdır ruhsuz bir bədən,Elmsiz bir ruhsa küləkdir həmən.
جهل خوابست و علم بیداریزان نهانی وزین پدیداری
Bilik oyaqlıqdır, bilməmək yuxu,O, səni gizlədər, aşkar edər bu.
جان داننده گر چه دمسازستبا بدن بر فلک به پروازست
Bilən ruh hamıyla olsa da yoldaş,Bədənlə göylərdə uçar o birbaş.
راز چرخ و فلک بدین دورینه هم از علم یافت مشهوری؟
Bu uzaq göylərin sirlərini bizDərk edə bilmərik, bil ki, elmsiz.
علم کشتی کند بر آب روانوانکه کشتی کند به علم توان
Elm ilə sularda üzər gəmilər,Həm elmin gücilə gəmi düzələr.
چون تو با علم آشنا گشتیبگذری زآب نیز بی کشتی
Elm ilə dost olsan bu dünyada sən,Sudan gəmisiz də keçə bilərsən.
سگ دانا ز گاو نادان بهبه هنر در گذشت شهر از ده
Elmli it artıqdır nadan öküzdən.Keçmişdir şəhər də kəndi bu üzdən.
شود از جهل مرد کاهل و سستدانش او را دلیر سازد و چست
İnsanı süst, tənbəl edər cəhalət,Bilik qüvvə verər, bir də cəsarət.
گردش قبهٔ چنین پرکارنه به علمست، پس به چیست؟ بیار
Göylərin hərəkət etməsi, de bir,Elm ilə deyilsə, bəs nə ilədir?!
این همه کار و حرفت و پیشهنه هم از دانشست و اندیشه؟
Bu qədər gördüyün işlər, peşələr,Elmdən, düşüncədən doğmamış məgər?!
جهل و کوریت سر به چاه کشدعلم و بینندگی به ماه کشد
Bilik insanları ucaldar Aya,Nadanlıq korlar tək salar quyuya.
دل شود گر به علم بینندهراه جوید به آفریننده
Elm ilə açarsa ürək gözünü,Bil ki, Yaradana tutar üzünü.
چون به علمش یقین درست شوددر عمل نامدار و چست شود
Bir kəs öz elminə inansa əgər,İşi, əməlilə daim yüksələr.
مرد بیعلم جفت غم بهتردیگ بیگوشت بیکلم بهتر
Qəmlə cüt yaxşıdır, biliksiz insan,Kələmi neyləyir ətsiz bir qazan?!
جوش جاهل چو آتش و خاشاکبر دمد، لیک زود گردد خاک
Sanki çör-çöp yanar, qızışsa nadan,Yanar, alovlanar, kül olar haman.
علم دیوانه بیخلل نبودزانکه دیوانه را عمل نبود
Dəlinin biliyi olmaz biziyan,Dəlidən düz əməl gəlməz heç zaman.
علما راست رتبتی در جاهکه نگردد به رستخیز تباه
Alimin dövləti sonsuzdur, gerçək,Tükənməz, məhv olmaz qiyamətədək.
علم را دزد برد؟ نتواندبه اجل نیز مرد؟ نتواند
Apara bilməzlər elmi oğrular,Nə əcəl üstünə bir kölgə salar.
نه به میل زمان خراب شودنه به سیل زمین در آب شود
Onu məhv etməyi bacarmaz zaman,Nə də seldən ona yetər bir ziyan.
جوهر علم همچو زر باشدکه چو شد کهنه تازهتر باشد
Bilik özlüyündə qızıla bənzər,Nə qədər köhnəlsə olar tazə-tər.
نفس را علم مستفاد کندعلم ازین بیشتر چه داد کند؟
Elmdir nəfsi də xeyrə calayan,Bir elm bundan artıq neylər, ey insan!
آنچه در علم بیش میبایددانش ذات خویش میباید
Elmdə hər şeydən vacibdir, gerçək;İnsan öz zatını tanısın gərək.
Kitabxana.az · https://kitabxana.az/en/works/ovhadi-cami-cem-19
Use ← → keys to move, R for a random poem