ای پژوهندهٔ حقایق کننفسی رخ درین دقایق کن

Sən ey həqiqəti axtaran insan,Bu incə sözlərə üz çevir bir an.

هر چه پرسم ترا بهانه مجویپیش من کج نشین و راست بگوی

Səndən nə soruşsam, gözümə düz bax!Mənlə əyri otur, düz danış ancaq.

این جهانی که اندوریی توچیست؟ با خود یکی نگویی تو

Bu yer ki, üstündə salmısan məskənNədir, heç özünə demisənmi sən?!

اصل او از کجا هویدا شد؟بود یا خود نبود و پیدا شد؟

Əsli haradandır, nədir bu qayda?!Var idi, ya yoxdan o, oldu peyda?!

چه نخست از عدم پدید آمد؟که مرین گنج را کلید آمد

Heçlikdən vücuda ilkin nə gəldi,Kim bu xəzinənin açarı oldu?

متحرک چراست چرخ بلند؟از چه ساکن شد این زمین نژند؟

Nədən hərəkətdən qalmayır fələk?Yer niyə hərəkət etmir de görək?

آن یکی گرم و گرد گرد چراست؟وین یکی با سکون و سرد چراست؟

Nədən biri isti, girdə, fırlanan?Digəri soyuqdur, tərpənmir bir an?

این تف و باد و آب و گرد از چیست؟وین تر و خشک و گرم و سرد از چیست؟

Bəs bu torpaq, hava, od, su nədəndir?Bu yaş, isti, soyuq, quru nədəndir?

به چه چیز این زمین قرار گرفت؟وز چه این تخم بیخ و بار گرفت؟

Yer nəyin üstündə tutmuşdur qərar?Nədən kök salaraq bu tum verdi bar?

ظلمت این شب سیاه از چیست؟نور این آفتاب و ماه از چیست؟

Gecə qaranlığı de, hardan alır?Söylə, bu Ay, Günəş nədən nur salır?

از چه این قلعه سربلند آمد؟کدخدا چون و خانه چند آمد؟

Nədən, necə oldu bu qala uca?Evi neçə oldu, başçısı necə?

چند از آن مادرند و چند پدر؟چندشان دخترست و چند پسر؟

Neçəsi atadır, neçəsi ana?Neçədir oğlanı, qızı, de mana.

تو چه چیزی؟ چه جوهری؟ چه کسی؟نرسیدی به خویش، در چه رسی؟

Bəs sən özün kimsən, nəçisən, nəsən?Kimi tanıyarsan onu bilməsən?

این خرد خود کجا و روح کدام؟دل که و نفس را چه باشد نام؟

Bu ruhla bu ağıl, de nədir görək?Nəfsin adı nədir? Bəs nədir ürək?

چون فتادی به شهر بیگانه؟به چه کار آمدی درین خانه؟

Bu qərib şəhərə sən niyə gəldin?Burda işin nədir, ya nəyə gəldin?

این فرستادن پیمبر چیست؟با تو گر نیست این سخن با کیست؟

Peyğəmbər göndərmək nəyə gərəkdir?Bunu sən bilməsən, kim biləcəkdir?

از چه پرهیز واجبست اینجا؟چه حجاب و که حاجبست اینجا؟

Burada nələrdən çəkinmək gərək?Pərdə nə, pərdədar kimdir, de görək?

سازگاری و مردمی چه بود؟آدم از چیست و آدمی چه بود؟

Dostluq nə deməkdir, insanlıq nədir?Adam nə, adamlıq nədir, söylə bir?

زندگانی چگونه باید کرد؟چه کسان را نمونه باید کرد؟

Ömrü keçirməli insan nə sayaq?Kimlərdən lazımdır nümunə almaq?

خلق هر منزلی کدام بود؟منزل اصل را چه نام بود؟

Kimdir hər mənzilin adamı, de sən,Adı nə, hardadır o əsil məskən?

آنچه دیدی ز سر گدشت بگویبه چه خیزست بازگشت؟ بگوی

Başından keçəni bir danış görək,Nə üçün vacibdir geriyə dönmək?

چیست این دوزخ و بهشت کجاست؟پرسش حال خوب و زشت کجاست؟

Cənnət haradadır? Cəhənnəm nədir?Yaxşı-pis sorğusu harada gedir?

تن و جان را عذاب چون باشد؟هول یوم‌الحساب چون باشد؟

Necədir bədənin, canın əzabı?Son günün dəhşəti, haqqı-hesabı?

اصل اینها چو نیست جز یک حرفز چه پیدا شد این تفاوت ژرف؟

Bir sözdən deyilsə bu işlər əgər,Haradan ortaya çıxdı bu fərqlər?

کار این سلطنت مجازی نیستباز دان این، که کار بازی نیست

Bu evin işləri deyil boş, nahaq,Yaxşı bil bu işlər deyil oyuncaq.

همه دانستنیست این به درستگر ندانسته‌ای گناه از تست

İnsan bilməlidir bunları, düzü,Hər kəs bilməyibsə suçludur özü.

به در آور اصول آن زین جامتا به کیخسروی برآری نام

Bu camdan əldə et bütün bunları,Sən də Keyxosrov tək ad çıxart barı.

اگر این نکته‌ها ندانی تواندرین خاکدان بمانی تو

Bu incə sözləri bilməsən, inan,Burda torpaqlara batıb qalarsan.

آخر این آمدن به کاری بودوز برای چنین شماری بود

Axır, bu gəlməyin bir məqsədi var,O da bir hesabçün olmuş bərqərar.

ورنه این دردسر چه می‌بایست؟همه خود بود هر چه می‌بایست

Yoxsa baş ağrısı nəyə gərəkdi,Hər şey öz yerində çiçək-çiçəkdi.

تو بدان آمدی که کار کنیزین جهان دانش اختیار کنی

Sən bura gəldin ki, bir iş görəsən,Dünyada ömrünü elmə verəsən.

همه را بنگری و دریابیرنج بینی و دردسر یابی

Hər şeyi görərək dərk edəsən sən,Əzablar çəkəsən, ağrı görəsən.

چیست ناموس؟ دل بر او بندیکیست سالوس؟ خوش برو خندی

Namus nə şeydir ki, oldun ona bənd?!Riyakar üzlərə çox gülmə qənd-qənd!

دانش این حوالت است به تووز خدا این رسالت است به تو

Yaradan biliyi bəxş etmiş sənə,Çalışıb hər sirri yaxşı bilsənə.

تا حدوث از قدم پدید شودنسبت بیش و کم پدید شود

Nə qədər köhnədən yaranır təzə,Azla çox-görünər nisbətlə bizə,

ترک این عالم فنا گوییملک جاوید را ثنا گویی

Bu fani aləmi tərk edəcəksən,Alqış deyəcəksən baqi mülkə sən.

جز به علم این کجا توان دانست؟نفس بی‌علم هیچ نتوانست

Bunu sən bilərsən elm ilə ancaq,Elmsiz nəfs axı nə bacaracaq!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets