Cilvələnib, nə qarşımda durubsan,Canım sana qurban, ay sarı köynək!Mələksən, çıxıbsan cənnət bağından,Heç kim olmaz sana tay, sarı köynək!

Doymaq olmaz işvə, qəmzə, nazından,Fərə kəklik kimi xoş avazından.Yel vurdu, rübəndi atdı üzündən,Elə bildim, doğdu Ay, sarı köynək!

Gözəlsən, tərifin düşüb mahala,Zər kəmər yaraşır qaməti-dala.Ləb qönçə, diş inci, yanağın lala,Çəkilib qaşların yay, sarı köynək!

Gərdənə yaraşır qızıl hamayıl,Görənin ağlını eyləyib zayıl.Həsrətin çəkənlər olubdu sayıl,Yığır qapılardan pay, sarı köynək!

Tutu dilli, sərv boylu Salatın,Yoxmu mərhəməti bu səltənətin?!Göndər gəlsin Ələsgərin xələtin,Eyləmə əməyin zay, sarı köynək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets