Olmaz
Bu dünyanı mən təcrübə eylədim,Namərd körpü salsa, onda ad olmaz.Bir mərd ilə ağı yesən – şirindi,Yüz namərdlə şəkər yesən – dad olmaz.
Yadın oğlu yağlı aşa mehmandı,Dar günündə baxarsan ki, usandı,Düşən günü düşman elə düşmandı,Yüz il keçsə, qohum səndən yad olmaz.
Ələsgərin sözün yetir nisaba,Sərf edənlər səbt eləsin kitaba,Heç namərdin adı gəlməz hesaba,Mərd bir olur, onda iki ad olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəraylı: Ey saqi, dolana-dolana
Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
OlarXəstə Hasan xonçaların xonçası,Könül evi övliyalar baxçası,