Dal-dala
İsmin üç hərf eylərəm bəyan:"Mim"di, "nun"du, "sin" yazılıb dal-dala.Mən aşığam dal-dala,Bayqu gəzər dal-dala.Açılıb yaxan bəndi,Çək, turuncun daldala!Sədrin üstə şux məmələr görünür,Bədnəzərdən pünhan elə, daldala!
Sürmə çək qaşına nə qara yaxşı,Ağ üstdən yazıla nə qara yaxşı.Mən aşığam nə qara,Gözlərindi nə qara.Həsrətindən Məcnunam,Günüm olub nə qara.Saçların görəndə nə qara, yaxşı!On dörd hörük çin-çin düşüb dal, dala.
Ələsgərəm, mən də nişana qoydum,Təmiz ad saxladım, nişana qoydum.Mən aşığam nişana,Zülf üzündə nişana.Sinəmə dağ çəkilib,Qaldı elə nişana.Sərimi qarşına nişana qoydum,Əsirgəmə, at oxların dal-dala.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-dal-dala-2
Use ← → keys to move, R for a random poem
More by this author
Müxənnət, seyraqub, xainü xəbisNə yaman qandırıb a yara məndən.
Ayağa qarqarVar olsun Qarabağ, əcəb səfadı,Başa Xaçın axar, ayağa – Qarqar.
Ay ana, anaQarlı dağlar gəldi düşdü araya,Qalmışam qürbətdə ay ana, ana!
Ay sinə, sinəİbtida "əlif"dən dərsimi aldım,Oxudum yetişdim ay "sin"ə, "sin"ə.
Poems by other poets
Hacıkənd, Sarı yal, hardasınız siz?Hardasan, hardasan, Armudlu bulaq?
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.