-Aşıq Ələsgər*Hərcaymm, dilbilməzin ucundan,Dönə-dönə mən ziyana düşmüşəm.Doymaq olmaz gözəllərin buyundan,Pərvanə tək yana-yana düşmüşəm.

-Aşıq Hüseyn*Qırxlar piri özü verib dərsimi,Şair cərgəsində sana düşmüşəm.Arif məclisində, alim yanmda,Neçə dəfə imtahana düşmüşəm.

-Aşıq Ələsgər*Dövlətim çox oldu, qıymadım pula,Kor oldu gözlərim, yapışdım dula,Nə ölür, nə itir canım qurtula,Məcnun təki biyabana düşmüşəm.

-Aşıq Hüseyn*Bir zaman əlimdə zil, bəm saz oldu,Gözəllər mənimlə üzbəüz oldu,Suyum artıq gəldi, tozhatoz oldu,İndi də yumşalıb una düşmüşəm.

-Aşıq Ələsgər*Ələsgər keçibdi namus, arından,Aləm yata bilməz ahü-zarımdan,Boşasam, qorxuram oğlanlarımdan,Boşaya bilmərəm, qana düşmüşəm.

-Aşıq Hüseyn*Özüm aşıq olub gəzirəm eldə,Qaldı həsrət gözüm əbrişim teldə,Ələsgər danışam təşbih timsalda,Hüseyn deyər: yaman dona düşmüşəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets